Bakıda partlayış: ölən var
11 aprel 2013 15:19 (UTC +04:00)

Bakıda partlayış: ölən var

Bakı şəhərinin Sabunçu rayonu ərazisində partlayış hadisəsi baş verib. Rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Maştağa qəsəbəsi, Ş.Axundov küçəsi, dalan 1, ev 15-in həyətindəki emalatxanada partlayış olub. Nəticədə həmin emalatxanada işləyən 1962-ci il təvəllüdlü Zeynalov Zahid Əminağa oğlu ağır bədən xəsarətləri alıb. 51 yaşlı kişi hadisə yerindəcə keçinib.

 

Hadisə ilə əlaqədar müvafiq orqanlar tərəfindən araşdırmalar aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6232

Oxşar yazılar