Bakıda mağazada yanğın: ölən var
24 dekabr 2013 13:43 (UTC +04:00)

Bakıda mağazada yanğın: ölən var

0

Bakıda ölümlə nəticələnən yanğın hadisəsi baş verib. Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, hadisə Bakının  Səbail rayonunda qeydə alınıb. Vətəndaşa məxsus ümumi sahəsi 26 kvadratmetr olan paltar mağazasında 1 ədəd döşək qismən yanıb. Yanğın kəşfiyyatı zamanı mağazada gözətçi işləyən, 1968-ci il təvəllüdlü Talıbov Vidadi Əkrəm oğlunun meyiti aşkar olunub. Mağaza yanğından mühafizə olunub və yanğın saat 10:40-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1607

Oxşar yazılar