Bakıda köməksiz azyaşlı xilas edildi
24 sentyabr 2013 14:16 (UTC +04:00)

Bakıda köməksiz azyaşlı xilas edildi

Sentyabrın 24-də, saat 11:15-də Nizami rayonu Elşən Süleymanov küçəsi bina 162d, mənzil 76 ünvanında azyaşlının köməyə  ehtiyacı olması barədə Xüsusi Riskli Xilasetmə Xidmətinə məlumat daxil olub. Lent. az-ın məlumatına görə, Xətai rayonu  üzrə  xilasedicilər  qrupu təcili  hadisə  yerinə gediblər.  Məlum  olub  ki,  2010-cu il təvəllüdlü azyaşlı Abbasova Aysun Nazim qızı mənzilin giriş qapısının təsadüfən kilidlənməsi nəticəsində evdə köməksiz vəziyyətdə qalıb.

Xilasedicilər  binanın 5-ci mərtəbəsinin eyvanından  xüsusi alət və avadanlıqlar vasitəsilə   4-cü mərtəbəyə enərək mənzilə daxil olublar. Mənzildə nəzarətsiz qalmış və gərgin psixoloji vəziyyətdə olan uşaq xilas edilib.  

# 2026
avatar

Oxşar yazılar