Bakıda homoseksualı qarət etdilər - TƏFƏRRÜAT
16 aprel 2013 11:06 (UTC +04:00)

Bakıda homoseksualı qarət etdilər - TƏFƏRRÜAT

Bakı şəhərinin Nəsimi rayonu ərazisində cinsi azlıq nümayəndəsinə qarşı cinayət hadisəsi baş verib. Lent.az-ın əldə etdiyi məlumata görə, Bakı şəhər Yasamal rayon sakini, cinsi azlıq nümayəndəsi olan 22 yaşlı S.P Nəsimi rayon 20-ci Polis Bölməsinə şikayət ərizəsi ilə müraciət edib. O bildirib ki, aprelin 12-də saat 04:30 radələrində metronun “Nizami” stansiyası yaxınlığında tanışı, 1973-cü il təvəllüdlü Rəhimov.R ilə görüşüb. Onlar R.Rəhimovun avtomobili ilə Cəlil Məmmədquluzadə küçəsi 108 ünvanında yerləşən  tikilməkdə olan binaya gəliblər. R.Rəhimovla S.P burada qeyri-təbii yolla cinsi münasibətdə olub. Daha sonra isə 40 yaşlı R.Rəhimov bıçağı 22 yaşlı oğlanın boğazına dirəyib. O, cinsi münasibətdə olduğu həmcinsinin cibindəki 350 manatı götürərək aradan çıxıb.

 

S.P polisə onu da bildirib ki, R.Rəhimovu əvvəlcədən tanıyırmış.

 

Hazırda cinsi azlıq nümayəndəsi olan 22 yaşlı oğlanın şikayəti əsasında araşdırmalar aparılır.

 

Qeyd edək ki, bu Bakıda cinsi azlıqlara qarşı törədilmiş ilk belə hadisə deyil.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1986

Oxşar yazılar