Bakıda faciəvi hadisə: 24 yaşlı oğlan öldü
29 avqust 2013 11:33 (UTC +04:00)

Bakıda faciəvi hadisə: 24 yaşlı oğlan öldü

Bakı şəhərinin Nəsimi rayonu ərazisində ölümlə nəticələnən bədbəxt hadisə baş verib. 19-cu Polis Bölməsindən Lent.az-a verilən məlumata görə, 3-cü Mikrorayon dairəsi yaxınlığındakı avtoyuma məntəqəsində orada işləyən Cəlilabad rayon sakini 24 yaşlı Ağayev Cəmil Ehtiram oğlu elektrik cərəyanı vurub. Həmin obyektə yuyucu işləyən gənc oğlan su vuran qurğunu işə salarkən izolyasiya edilməmiş detala toxunub. C.Ağayev hadisə yerindəcə keçinib.

 

Qeyd edək ki, C.Ağayevin ailəsi rayonda yaşayır. O Bakıda kirayə yaşayırmış.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1932

Oxşar yazılar