Bakıda faciə: ər 25 yaşlı arvadının meyitini tapdı
15 aprel 2013 10:32 (UTC +04:00)

Bakıda faciə: ər 25 yaşlı arvadının meyitini tapdı

Bakı şəhərinin Binəqədi rayonu ərazisində faciəvi hadisə baş verib. Rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Biləcəri qəsəbəsi, A.Zeynallı küçəsi ev 13 ünvanında kirayə yaşayan 1988-ci il təvəllüdlü Cüciyeva Şəfaqət Ramazan qızının meyiti həmin ünvandan tapılıb. Evə gələn Ş.Cüciyevanın həyat yoldaşı Fərhad onun meyitini yataq otağından tapıb.

 

İlkin məlumata görə, 25 yaşlı qadın dəm qazından boğulub. Faktla əlaqədar araşdırmalar aparılır, ekspertizalar təyin edilib.

 

Qeyd edək ki, Ş.Cüciyeva yeni ailə həyatı qurub və F.Cüciyevlə Bakıya gəlib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2354

Oxşar yazılar