Bakıda evin zirzəmisindən narkotik tapıldı
                                    
                                    
                                    0
                                
                                
                                    
                                    
                                    0
                                
                            
	Bakıda yaşayış evinin zirzəmisindən narkotik tərkibli maddə tapılıb.
	Lent.az-a Daxili İşlər Nazirliyindən bildirilib ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini A.Allahverdiyevin Nərimanov rayonu ərazisindəki evinin zirzəmisindən 105 qramdan artıq metamfetamin və 1 ədəd elektron tərəzi aşkar edilərək götürülüb.
	Faktla bağlı araşdırma aparılır.
	Biləsuvar rayon Polis Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Əyricə kənd sakini, əvvəllər məhkum olunmuş V.Salmanovdan 2 kiloqramdan artıq tiryək götürülüb.
                                            
                                            
                                            0
                                        
                                        
                                            
                                            
                                            0