Bakıda bir idmançının faciəsi – TƏFƏRRÜAT
16 aprel 2013 18:57 (UTC +04:00)

Bakıda bir idmançının faciəsi – TƏFƏRRÜAT

Keçmiş boksçu intihara cəhd edib

 

 

 

Bakı şəhərinin Sabunçu rayonu ərazisində gənc oğlan intihara cəhd edib. Lent.az-ın məlumatına görə, Sabunçu qəsəbəsi, Əlizadə küçəsi 58 B ünvanında yaşayan 1988-ci il təvəllüdlü Heybətov Fuad Nəcəfqulu oğlu özünü bıçaqlayıb. 25 yaşlı oğlan yaşadığı mənzildə bıçaqla döş qəfəsinin sol hissəsinə zərbə endirib. O, ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

 

Məlumata görə, intihara cəhd etmiş gənc idmançı olub. O, bir neçə il peşəkar səviyyədə boksla məşğul olub və 6 il əvvəl Bakı çempionatında gümüş medal qazanıb. Lakin döyüşlər zamanı başından aldığı ağır zərbələr nəticəsində F.Heybətov idmandan uzaqlaşıb. Daha sonra isə o, ruhi xəstə kimi dəfələrlə müalicə olunub. Son olaraq, 25 yaşlı oğlan Maştağa qəsəbəsindəki Ruhi Əsəb Xəstəxanasında müalicə kursu keçib. Elə həmin xəstəxanadan evə gəldikdən sonra keçmiş boksçu özünü öldürməyə cəhd edib.

 

Faktla əlaqədar aidiyyatı orqanlar tərəfindən araşdırmalar davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2657

Oxşar yazılar