Bu gün Bakı şəhərinin Xəzər rayonunda vətəndaşa məxsus “Mercedes” markalı minik avtomobili yanıb. Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, avtomobilin yanar konstruksiyaları tamamilə yanıb. Yaxınlıqdakı avtomobil yanğından mühafizə olunub. Yanğın saat 14:04-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Hadisənin səbəbləri araşdırılır.