Bakıda avtomobil 7 yaşlı qızı vurub
17 aprel 2013 10:49 (UTC +04:00)

Bakıda avtomobil 7 yaşlı qızı vurub

Bakı şəhərinin Yasamal rayonu ərazisində azyaşlı qızı avtomobil vurub. Rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Ə.Ələkbərov küçəsi, 509 saylı məhəllənin qarşısında naməlum avtomobil 2006-cı il təvəllüdlü Əhmədova Nejən Ramil qızını vurub. Azyaşlı qızı valideynləri 3 saylı şəhər xəstəxanasına aparıb.

 

Faktla əlaqədar Yasamal RPİ-də araşdırma aparılır. Azyaşlını vurub qaçan avtomobilin sürücüsü axtarılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1167

Oxşar yazılar