Bakıda ağır qəza: maşını kəsib, meyiti çıxardılar
16 iyun 2014 19:18 (UTC +04:00)

Bakıda ağır qəza: maşını kəsib, meyiti çıxardılar

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Qaradağ rayonunda “Sampo-Rosenlew” və “Qazel” markalı iki yük avtomobili toqquşması nəticəsində yol-qəza hadisəsi baş verib. Lent.az-ın məlumatına görə, dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri cəlb olunublar.

 

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, "Qazel" markalı yük avtomobilinin sürücüsü aldığı ağır bədən xəsarətindən hadisə yerində vəfat edib.

 

Xilasedicilər deformasiya uğramış avtomobilindən meyiti təhlükəsizlik qaydalarına riayət olunmaqla xüsusi alət və avadanlıqlar vasitəsi ilə çıxararaq aidiyyatı üzrə təhvil verib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5016

Oxşar yazılar