Bakıda “Mercedes” və "Opel" toqquşub: sürücü ağır xəsarət alıb  - <span style="color:red;">YENİLƏNİB
30 mart 2014 09:34 (UTC +04:00)

Bakıda “Mercedes” və "Opel" toqquşub: sürücü ağır xəsarət alıb - YENİLƏNİB

 Bakının Nizami rayonu, Heydər Əliyev prospektində sürücünün xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

 

APA-nın xəbərinə görə, "Koroğlu" metro stansiyasından şəhər istiqamətində hərəkətdə olan Cəbrayılov Heydərin idarə etdiyi  "90 EZ 777" dövlət nömrə nişanlı “Mercedes” markalı avtomobil  İntiqam Orucovun idarə etdiyi "90 MJ 205" "Opel" markalı maşınla toqquşub. Qəza nəticəsində "Opel"in sürücüsü ağır xəsarət alıb.

 

Yaralı 3 saylı Şəhər Klinik Xəstəxanasına aparılıb.

 

Dövlət Yol Polisinin Nizami Rayon Şöbəsinin hadisə yerində olan əməkdaşlarından APA-ya verilən məlumata görə, ilkin araşdırmalar nəticəsində məlum olub ki, qəzaya "Mercedes" markalı avtomobilin sürücüsü səbəb olub.  Belə ki, "Koroğlu" metro stansiyasından şəhər istiqamətində hərəkətdə olan "Mercedes"in sürücüsü qəfil hərəkət zolağını dəyişib və "Opel" markalı avtomobili yolun kənarına sıxışdırıb. Nəticədə "Opel" markalı avtomobil işıq dirəyinə çırpılaraq aşıb. Hadisə şahidlərindən alınan ilkin ifadə əsasında məlum olub ki, "Mercedes"in sürücüsü sürət həddini aşaraq, tez-tez manevr edərək hərəkət zolağını dəyişirmiş.

 

Qeyd edək ki, qəza nəticəsində Heydər Əliyev prospektində tıxac meydana gəlib.  Dövlət Yol Polisinin Nizami Rayon Şöbəsinin əməkdaşları hər iki avtomobili evakuatorlar vasitəsi ilə hadisə yerindən uzaqlaşdırdıqdan sonra prospektdə nəqliyyatın hərəkəti normallaşıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1215

Oxşar yazılar

İrandan Azərbaycana PUA ilə narkotik  keçirilməsinin qarşısı alındı

İrandan Azərbaycana PUA ilə narkotik keçirilməsinin qarşısı alındı

29 iyul 2025 , 11:28
Bakıda daha 2 nəfər DƏNİZDƏ BATDI:  birinin 8 yaşı var

Bakıda daha 2 nəfər DƏNİZDƏ BATDI: birinin 8 yaşı var

29 iyul 2025 , 11:09
Şəkidə DƏHŞƏT:  56 yaşlı kişi qocaları bıçaqladı

Şəkidə DƏHŞƏT: 56 yaşlı kişi qocaları bıçaqladı

29 iyul 2025 , 10:55
Xaçmazda dənizdən meyit tapıldı  - YENİLƏNİB

Xaçmazda dənizdən meyit tapıldı - YENİLƏNİB

29 iyul 2025 , 09:01
Ağstafada yeniyetməni bıçaqladılar

Ağstafada yeniyetməni bıçaqladılar

29 iyul 2025 , 08:37
Zaqatalada məmurun evi yandı

Zaqatalada məmurun evi yandı

29 iyul 2025 , 08:27
Şəmkirdə iki nəfər  bıçaqlandı - YENİLƏNİB

Şəmkirdə iki nəfər bıçaqlandı - YENİLƏNİB

29 iyul 2025 , 08:24
Xəzərdə zəlzələ oldu

Xəzərdə zəlzələ oldu

29 iyul 2025 , 07:00