Bakıda 4 nəfəri maşın vurub öldürüb
05 iyun 2014 10:28 (UTC +04:00)

Bakıda 4 nəfəri maşın vurub öldürüb

0

İyunun 4-də Bakının müxtəlif yerlərində yol qəzasına düşmüş 4 piyada ölüb. Bakı şəhər Baş Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, iyunun 3-də saat 23:15 radələrində Sabunçu rayonu Zabrat qəsəbəsi Babək küçəsində qəsəbə sakinləri 1992-ci il təvəllüdlü Həsən Dəmirov idarə etdiyi «VAZ-21154» markalı avtomobillə 1975-ci il təvəllüdlü Ariz Quliyevi vurub. Piyada mayın 4-də 3 saylı xəstəxanada ölüb.

 

Bundan başqa iyunun 4-də saat 07.40 radələrində Nərimanov rayonu Z.Bünyadov prospektində Sabirabad rayon sakini 1987-ci il təvəllüdlü Xəyal Əsgərov idarə etdiyi «Mercedes» markalı avtomobillə Kürdəmir rayon sakini 1992-ci il təvəllüdlü Kamran Məliklini vurub. K.Məlikov da 3 saylı xəstəxanada ölüb.

 

Qeyd edək ki, dünən Binəqədi rayonunda da piyadaların vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.  Azadlıq prospektində Bakı şəhər sakinləri 1955-ci il təvəllüdlü Arif Yusifov idarə etdiyi «Volvo» markalı avtomobillə 1937-ci il təvəllüdlü Telman Nəcəfovu və arvadı 1942-ci il təvəllüdlü Ziba Nəcəfovanı vurub. Nəticədə T.Nəcəfov hadisə yerində, Z.Nəcəfova isə Travmatologiya İnstitutunda dünyasını dəyişib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1287

Oxşar yazılar