Bakıda 250 min dollarlıq Bentley qəzaya düşüb
15 mart 2014 14:09 (UTC +04:00)

Bakıda 250 min dollarlıq Bentley qəzaya düşüb

Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib. Lent.az-ın oxu.az-a istinadən verdiyi məlumata görə, hadisə bu saatlarda Nəsimi rayonu, Məmməd Araz küçəsində baş verib.

Hadisə şahidləri bildirib ki, “BMW 535” markalı avtomobil qarşı yola çıxarkən “Bentley Continental” avtomobil ilə toqquşub. Toqquşma nəticəsində “BMW 535” markalı avtomobil yolun kənarında dayanan “SAİPA” və “KİA Optima” maşınlarına çırpılıb. Sürürcülər xəsarət almasa da, maşınlara ciddi ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, “Bentley Continental” markalı avtomobilin orta qiyməti 250 000 ABŞ dolları, “BMW 535” markalı avtomobilin qiyməti isə 30-50 min ABŞ dolları təşkil edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3658

Oxşar yazılar