Azərbaycandan ermənilərin təklifinə rəsmi münasibət
17 avqust 2013 12:06 (UTC +04:00)

Azərbaycandan ermənilərin təklifinə rəsmi münasibət

Eldar Sabiroğlu: “Firuz Fərəcov erməni mətbuatına müsahibələrində həmişə üçüncü ölkəyə getmək arzusunda olduğunu bildirib, indi birdən birə nə dəyişdi?”


Azərbaycan Müdafiə Nazirliyi Ermənistan Müdafiə Nazirliyinin azərbaycanlı əsir Firuz Fərəcovu erməni əsir Akop İnciqulyanla dəyişməyə hazır olmasına münasibət bildirib. Nazirliyin mətbuat xidmətinin rəisi Eldar Sabiroğlu APA-nın sorğuna cavabında bildirib ki, Ermənistanın Müdafiə Nazirliyinin müraciəti barədə məlumatlıdırlar: “Firuz Fərəcov bir ildən çoxdur əsirlikdədir  və erməni mətbuatının ondan dəfələrlə götürdüyü müsahibəyə əsaslanaraq  deyə bilərik ki, həmişə də təlimata uyğun olaraq üçüncü ölkəyə getmək arzusunda olduğunu bildirib. İndi nə dəyişdi  ki, birdən birə belə fikrə düşdü? Burada dərk edilməsi çətin olan bir şey yoxdur. Ermənistan Müdafiə Nazirliyinin belə açıqlama ilə çıxış etməsi əlbəttə ki, erməni hərbiçisi  Akop İnciqulyanın Azərbaycan tərəfinə əsir düşməsi ilə bağlıdır. Bununla əlaqədar mən hər hansı qəti mövqe bildirmək istəməzdim. Ona görə ki, belə məsələlərlə Azərbaycanda digər müvafiq səlahiyyətli qurum məşğul olur”. 

# 1008
avatar

Oxşar yazılar

İntihara cəhd edən Dilarədən ETİRAF

İntihara cəhd edən Dilarədən ETİRAF

18 may 2024 , 14:27
Dələduzluğa görə axtarışda olanlar tutuldu

Dələduzluğa görə axtarışda olanlar tutuldu

18 may 2024 , 14:21
Sumqayıtda itkin düşən ana və 2 övladı  tapıldı

Sumqayıtda itkin düşən ana və 2 övladı tapıldı

18 may 2024 , 13:46
Tərtərdə qız öz evindən  oğurluq etdi

Tərtərdə qız öz evindən oğurluq etdi

18 may 2024 , 13:15
Lökbatanda "Prius" "KamAZ"la  toqquşdu: 1 ölü, 4 yaralı

Lökbatanda "Prius" "KamAZ"la toqquşdu: 1 ölü, 4 yaralı

18 may 2024 , 12:24
Bakıda usta işlədiyi evi qarət etdi - VİDEO

Bakıda usta işlədiyi evi qarət etdi - VİDEO

18 may 2024 , 12:19
Bakıda itkin düşənlər tapıldı

Bakıda itkin düşənlər tapıldı

18 may 2024 , 12:00
Nohur göl daşdı, istirahət mərkəzinə ziyan dəydi

Nohur göl daşdı, istirahət mərkəzinə ziyan dəydi

18 may 2024 , 11:42