Azərbaycanda uşaq bağçasında faciə: azyaşlı qız öldü
11 aprel 2013 15:45 (UTC +04:00)

Azərbaycanda uşaq bağçasında faciə: azyaşlı qız öldü

Aprelin 10-da Goranboy rayonu ərazisində ölümlə nəticələnən bədbəxt hadisə baş verib. Lent.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Tapqaraqoyunlu kənd sakini, azyaşlı Nuranə Cümşüdova Tap kəndinin ərazisindəki 2 saylı Uşaq Bağçasının həyətindəki su arxına düşüb.

 

Azyaşlı qız boğularaq ölüb.

 

Hadisə ilə əlaqədar araşdırmalar aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3918

Oxşar yazılar