Azərbaycanda sifarişli qətl törədən şəxs həbs edilib
20 iyul 2013 11:59 (UTC +04:00)

Azərbaycanda sifarişli qətl törədən şəxs həbs edilib

Azərbaycanda hüquq-mühafizə orqanları tərəfindən 12 il beynəlxalq axtarışda olan şəxs Qazaxıstanda həbs edilib. Bu barədə APA-ya hüquq-mühafizə orqanlarından bildirilib.

 

Məlumata görə, 45 yaşlı Mehdiyev Nadir Mikayıl oğlu 2001-ci ildən axtarışda olub. O, sifarişli qətl törətməkdə təqsirli bilinir. Bu barədə İnterpolun saytında da məlumat yerləşdirilib.

 

Azərbaycan Daxili İşlər Nazirliyinin və Sumqayıt şəhər Polis İdarəsi əməkdaşlarının həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində N. Mehdiyev Qazaxıstanın Astana şəhərində saxlanılıb. Hazırda onun Azərbaycana ekstradisiya olunması istiqamətində iş aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2503

Oxşar yazılar