
Azərbaycanda kişi sükan arxasında öldü - SƏBƏB
Şirvan şəhər sakini avtomobili ilə hərəkətdə olarkən dünyasını dəyişib.
Lent.az-ın məlumatına görə, 1971-ci il təvəllüdlü Feyzullayev İntiqam Əlidadaş oğlu evdən çıxıb avtomobili ilə Heyrənxanım küçəsində hərəkətdə olan zaman ürək tutma nəticəsində vəziyyəti pisləşib və yoldan çıxaraq evindən 40-50 metr məsafədə sağ tərəfdə olan divara toxunub.
Baş verən hadisə ilə bağlı təcili tibbi yardım briqadası gələrək İntiqam Feyzullayevi müayinə edib və öldüyü məlum olub.
Polis hadisə yerinə gedib, hal şahidlərinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib.
Qeyd edək ki, hadisə ilə əlaqədar Şirvan Şəhər Prokurorluğunda araşdırma aparılır.
Oxşar yazılar

Kürdəmirdə küçə ticarətinin qarşısı alındı - VİDEO
16 iyun 2025 , 23:17
Qazaxda quldurluq edən saxlanıldı
16 iyun 2025 , 22:02
Zaqatalada FACİƏ: Su maşını 5 yaşlı uşağın üstündən keçdi
16 iyun 2025 , 21:08
Boşanmasının qisasını qayınanasından aldı: öldürdü
16 iyun 2025 , 19:34
Polis zabiti intihar etdi: evində tapılan meyitlə bağlı qan donduran TƏFƏRRÜATLAR
16 iyun 2025 , 17:02
İki yaşlı oğlan anasını öldürdü - VİDEO
16 iyun 2025 , 16:18
Gəncədə hamamda PARTLAYIŞ: qadın yandı
16 iyun 2025 , 15:48