Azərbaycanda istintaq təcridxanasında intihara cəhd edildi
27 iyun 2018 14:13 (UTC +04:00)

Azərbaycanda istintaq təcridxanasında intihara cəhd edildi

Penitensiar Xidmətin Gəncədə yerləşən 2 saylı İstintaq Təcridxanasında intihara cəhd olunub.
 
 
 
APA-nın qərb bürosunun xəbərinə görə, orada saxlanılan 1983-cü il təvəllüdlü İsmayılov Anar Tahir oğlu özünü asıb.
 
 
 
A.İsmayılovun intihar cəhdindən xəbər tutanlar onu xilas edərək xəstəxanaya çatdırıblar.
 
 
 
Onun vəziyyətinin ağır olduğu bildirilir.
 
 
 
Faktla bağlı araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 379

Oxşar yazılar