Azərbaycanda gəmi kapitanı faciəli şəkildə öldü
24 dekabr 2013 11:26 (UTC +04:00)

Azərbaycanda gəmi kapitanı faciəli şəkildə öldü

0

Azərbaycanda gəmi kapitanı faciəli şəkildə ölüb.


 

Neftçala Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə Kür çayının rayonun Qaraqaşlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

 

1970-ci il təvəllüdlü Azər Xeyrulla oğlu Qarayev kapitanı olduğu “YG 3" yedək gəmisində yükləri qaldırmaq üçün olan qurğunun qırılması nəticəsində yükün altında qalaraq dünyasını dəyişib.

 

Faktla bağlı rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozduqda insan ölümünə səbəb olma) maddəsi ilə cinayət işi açılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 3108

Oxşar yazılar