Azərbaycanda ər 23 yaşlı arvadını öldürüb
11 aprel 2013 17:45 (UTC +04:00)

Azərbaycanda ər 23 yaşlı arvadını öldürüb

Bu gün Abşeron rayonunda qətl hadisəsi törədilib. Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə bu gün saat 16:00 radələrində Xırdalan şəhəri, “Misir” parkının yaxınlığında, 28-ci məhəllədə qeydə alınıb.

Həmin ünvanda yaşayan, Sahib Fərzəliyev qısqanclıq zəminində həyat yoldaşı, 23 yaşlı Nərmin Fərzəliyevanı əvvəlcə döyüb, daha sonra isə ürəyindən bıçaqla vuraraq qətlə yetirib. S.Fərzəliyev qətli törədəndən sonra qaçıb.

Binəqədi Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən S.Fərzəliyev Binəqədi rayonu ərazisində saxlanılıb.

Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.

# 1714
avatar

Oxşar yazılar