Azərbaycanda axtarışda olan 3 nəfər tutuldu
19 iyul 2014 11:22 (UTC +04:00)

Azərbaycanda axtarışda olan 3 nəfər tutuldu

Binəqədi Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan 1978-ci il təvəllüdlü Ramin Məmmədov tutulub. Bakı şəhər Baş Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, R. Məmmədovdan savayı axtarışda olan daha 2 nəfər saxlanılıb.

 

Bunlardan biri Zaqatala RPŞ-i tərəfindən AR CM-nin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə axtarışda olan 1983-cü il təvəllüdlü Vaqif İsmayılovdur. V.İsmayılov

DİN BCAİ və Yasamal RPİ 27-ci Polis bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində B. Bağırova küçəsində tutulub.

 

Digər axtarışda olan şəxs isə Bakı şəhər sakini 1958-ci il təvəllüdlü Taleh Novruzovdur. O, AR CM-nin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olub. Onu Xətai RPİ 37-ci Polis bölməsinin əməkdaşları keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlayıblar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1051

Oxşar yazılar