
Azərbaycanda axtarışda olan 11 nəfər saxlanıldı
Respublikanın daxili işlər orqanları dünən gün ərzində törədilən 21 cinayətin üstünü “isti izlər”lə açıb.
Lent.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 2 cinayətin açılması təmin olunub.
Axtarışda olduğuna görə ümumilikdə 11 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 2 nəfər, borclu şəxs qismində axtarışda olan 2 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Respublikanın avtomobil yollarında 1 ağır yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 11 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 31 nəfər saxlanılıb.
Oxşar yazılar

Kürdəmirdə küçə ticarətinin qarşısı alındı - VİDEO
16 iyun 2025 , 23:17
Qazaxda quldurluq edən saxlanıldı
16 iyun 2025 , 22:02
Zaqatalada FACİƏ: Su maşını 5 yaşlı uşağın üstündən keçdi
16 iyun 2025 , 21:08
Boşanmasının qisasını qayınanasından aldı: öldürdü
16 iyun 2025 , 19:34
Polis zabiti intihar etdi: evində tapılan meyitlə bağlı qan donduran TƏFƏRRÜATLAR
16 iyun 2025 , 17:02
İki yaşlı oğlan anasını öldürdü - VİDEO
16 iyun 2025 , 16:18
Gəncədə hamamda PARTLAYIŞ: qadın yandı
16 iyun 2025 , 15:48