Azərbaycanda 9-cu sinif şagirdi intihar edib
12 iyun 2013 14:19 (UTC +04:00)

Azərbaycanda 9-cu sinif şagirdi intihar edib

Azərbaycanda daha bir orta məktəb şagirdi intihar edib. Beyləqan Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə rayonun Birinci Şahsevən kəndində qeydə alınıb.

 

Kənd sakini, 1998-ci il təvəllüdlü Hümbətova Fatimə Vahid qızı özünü yaşadığı evdə asaraq intihar edib.

 

Prokurorluqdan həmçinin bildirilib ki, intihar edən qız 9-cu sinif şagirdidir.

 

Faktla bağlı araşdırma aparılır.

 

Qeyd edək ki, ötən gün də Şəmkir rayonunda 10-cu sinif şagirdi intihar edib. 

# 1102
avatar

Oxşar yazılar