Azərbaycanda 3 yaşlı körpənin həyatına son qoyan faciədən YENİ XƏBƏR: ona görə ölüb ki...
                                    
                                    
                                    0
                                
                                
                                    
                                    
                                    0
                                
                            
	Azərbaycanda xəstəxanada ölən uşaqla bağlı ilkin təfərrüatlar məlum olub.
	Mediada gedən məlumatlara görə, hadisə oktyabrın 9-da Xətai rayonundan yerləşən Neyrocərrahiyyə xəstəxanasında baş verib. Belə ki, oktyabrın 3-də Qobustan rayon sakini, 2016-cı il təvəllüdlü Rasim Muradov başın əzilmiş yaraları xəsarəti ilə Qobustan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Daha sonra yaralı əvvəlcə Şamaxı Rayon Mərkəzi Xəstəxanasına, oradan da Bakıda yerləşən Respublika Neyrocərrahiyyə Xəstəxanasına aparılıb. Oktyabrın 9-da isə körpə orada ölüb.
	Lent.az-ın hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata əsasən, 2016-cı il təvəllüdlü Rasim Muradovun ölümünə səbəb onun yıxılması olub. Daha dəhşətli olan isə, yıxıldıqdan sonra onun üzərinə manqal aşıb. Nəticədə körpə ağır baş-beyin zədəsi alıb.
	Faktla bağlı Qobustan Rayon Prokurorluğunda araşdırmalar davam edir.
                            
                                            
                                            
                                            0
                                        
                                        
                                            
                                            
                                            0