Azərbaycan yollarında bir gün: 10 ölü, 9 yaralı
29 dekabr 2013 10:54 (UTC +04:00)

Azərbaycan yollarında bir gün: 10 ölü, 9 yaralı

0

Dekabrın 28-də Azərbaycanda baş vermiş yol qəzalarında 10 nəfər həlak olub. Baş Dövlət Yol Polisi İdarəsindən Lent.az-a verilən məlumata görə, gün ərzində ümumilikdə 7 yol qəzası qeydə alınıb. Nəticədə 10 nəfər həlak olub, 90 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

 

ən ağır qəza Qobustan rayonu ərazisində, Bakı-Şamaxı magistralının Cəngi qəsəbəsindən keçən hissəsində baş verib. “VAZ” markalı iki avtomobilin toqquşması nəticəsində 7 nəfər ölüb, 1 nəfər isə yaralanıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1269

Oxşar yazılar