Azərbaycan 3 növ qumbaraatan mərmi istehsal edəcək
15 sentyabr 2014 15:12 (UTC +04:00)

Azərbaycan 3 növ qumbaraatan mərmi istehsal edəcək

0

 

Azərbaycan yaxın vaxtlarda 3 növ qumbaraatan mərmisinin istehsalına başlayacaq.


 

APA-nın məlumatına görə, yeni mərmilər ADEX-2014 I Azərbaycan Beynəlxalq Müdafiə Sənayesi Sərgisində Müdafiə Sənayesi Nazirliyinin (MSN) stendində nümayiş etdirilib.

 

Müdafiə sənayesi nazirinin müşaviri Azad Məmmədovun APA-ya verdiyi məlumata görə, bunlar RPQ-7 əl qumbaraatanları üçün kumulyativ, kumulyativ-tandem və termobarik döyüş sursatlarıdır.

 

«Yaxın vaxtlarda hər üç növ döyüş sursatının seriyalı istehsalına başlayacağıq. Artıq bunun üçün müvafiq istehsal sahəsi yaradılıb», - deyə A. Məmmədov vurğulayıb.

 

Nazirlik rəsmisi artıq MSN-in Serbiya şirkəti ilə birlikdə barabanlı əl qumbaraatanlarının istehsalına başladığını da qeyd edib.

 

Qeyd edək ki, 40 mm çaplı qumbaralardan atəş açan barabanlı əl qumbaraatanı MSN stendində əyani şəkildə sərgilənib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1011

Oxşar yazılar