Avtomobillərdən oğurluq edən yeniyetmələr tutuldu
                                    
                                    
                                    0
                                
                                
                                    
                                    
                                    0
                                
                            
	Bakıda avtomobillərdən oğurluq edən iki nəfər ifşa olunub.
	Lent.az-a Daxili İşlər Nazirliyindən bildirilib ki, Xəzər rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 16-dan 21-dək olan müddətdə rayon ərazisində 7 avtomobildən pul, sənəd və maqnitofon oğurlamaqda şübhəli bilinən Qala qəsəbə sakinləri olan 2 yeniyetmə saxlanılıblar.
	Faktla bağlı araşdırma davam etdirilir.
                                            
                                            
                                            0
                                        
                                        
                                            
                                            
                                            0