Avtomobil iki bacını vurdu
09 oktyabr 2013 12:50 (UTC +04:00)

Avtomobil iki bacını vurdu

Oktyabrın 8-də saat 08.00 radələrində Lənkəran şəhəri ərazisində avtomobil iki bacını vurub. Lent.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, müəyyən edilməmiş avtomaşınla yolu keçən şəhər sakinləri Ülkər Axundova və onun bacısı Minə vurulub. Nəticədə onlar xəsarətlə xəstəxanaya yerləşdiriliblər.

Lənkəran ŞRPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş “VAZ-2106” markalı avtomaşının sürücüsü, şəhər sakini Təvəkkül İbadzadə saxlanılıb.

ŞRPŞ tərəfindən araşdırma aparılır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1121

Oxşar yazılar