Ağsuda ağır qəza: 1 ölü
04 yanvar 2014 13:20 (UTC +04:00)

Ağsuda ağır qəza: 1 ölü

0

 Ağsu rayonu ərazisində ölümlə nəticələnən avtomobil qəzası baş verib. Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə yanvarın 3-də gecə saat 23:30 radələrində Ağsu şəhərində qeydə alınıb. Şəhər sakini, 1990-cı il təvəllüdlü Rəhimov Azər Xaqani oğlunun idarə etdiyi 90-EZ-247 dövlət nömrə nişanlı, “VAZ 2107” markalı minik avtomobili yoldan çıxaraq hasara çırpılıb. Hadisə nəticəsində sürücü Azər Rəhimov və onun sərnişini, Maşadqanlı kənd sakini, 1992-ci il təvəllüdlü Kərimov Ülvi Asif oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə Ağsu Mərkəzi rayon Xəstəxanasına yerləşdiriliblər. Ülvi Kərimov aldığı ağır xəsarətlər nəticəsində dünyasını dəyişib.

   

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1671

Oxşar yazılar