Ağdaşda qəza: maşın mağazaya girib - YENİLƏNİB
25 dekabr 2013 11:37 (UTC +04:00)

Ağdaşda qəza: maşın mağazaya girib - YENİLƏNİB

0

Ağdaş rayonunda yol qəzası baş verib.

 

Rayon Polis Şöbəsindən APA-nın yerli bürosuna verilən məlumata görə, hadisə bu gün saat 16:00 radələrində Ağdaş şəhərində qeydə alınıb. “Mercedes” markalı minik maşını idarəetməni itirərək, mağazaya girib və orada satıcı işləyən rayon sakini, 1962-ci il təvəllüdlü Fətəliyeva Xuraman Əlibala qızını vurub. Yaralı təcili olaraq Ağdaş Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Xəstəxanadan APA-nın yerli bürosuna verilən məlumata görə, yaralı reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyəti ağırdır. Faktla bağlı araşdırma aparılır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1354

Oxşar yazılar