ABŞ səfirliyinin əməkdaşı yol qəzasına düşdü
07 yanvar 2014 11:51 (UTC +04:00)

ABŞ səfirliyinin əməkdaşı yol qəzasına düşdü

0

ABŞ-ın Azərbaycandakı səfirliyinin avtomobili Bakıda yol qəzasına düşüb.


 

Yasamal Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Mikayıl Müşfiq küçəsində, Nərimanov heykəlinin qarşısında  qeydə alınıb.

 

ABŞ səfirliyinin Azərbaycandakı nümayəndəliyinin xanım əməkdaşının idarə etdiyi “Land Rover” markalı avtomobillə Fidan Əjdər qızı Babayevanın idarə etdiyi “Hyundai” markalı avtomobil toqquşub.

 

Nəticədə Ə. Babayeva xəsarət alaraq xəstəxanaya müraciət edib.

 

Faktla bağlı araşdırma aparılır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 666

Oxşar yazılar