Qatarların hərəkəti bərpa olunub
04 yanvar 2014 10:30 (UTC +04:00)

Qatarların hərəkəti bərpa olunub

0

 

 

 

 “Azərbaycan Dəmir Yolları”  Qapalı Səhmdar Cəmiyyəti Hacıqabul rayonun Qarasu kəndi ərazisində baş vermiş dəmir yol qəzası ilə bağlı rəsmi məlumat yayıb

 

“Azərbaycan Dəmir Yolları” QSC-nin Mətbuat Katibliyinin rəisi   Nadir Əzməmmədovun Lent.az-a verdiyi məlumata görə, yanvarın 3-də saat 22.50-də Bakı-Böyük Kəsik istiqamətinin Qarasu-Padar mənzilinin 390-cı km-də yük qatarının 7 vaqonu relsdən çıxıb.

 

Nəticədə hər iki istiqamətdə qatarların hərəkəti dayandırılıb. Hadisənin  nəticələrinin aradan qaldırılmasına “Fövqəladə Hallar Yatarı” MMC-nin  Hacıqabul, Yevlax bölmələrinin canlı qüvvəsi və texnikası cəlb edilib. Saat 7:15-də qatarların hərəkəti, bir yollu olmaqla,  bərpa edilib. Baş vermiş hadisə nəticəsində hər iki istiqamətdə sərnişin və yük qatarlarının hərəkətində gecikmələr qeydə alınır. Hadisənin baş vermə səbəbi müvafiq qurumlar tərəfindən araşdırılır. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1047

Oxşar yazılar