Tramp "G7" sammitini TƏRK ETDİ: "Çox ikiüzlü adamdır"
11 iyun 2018 12:38 (UTC +04:00)

Tramp "G7" sammitini TƏRK ETDİ: "Çox ikiüzlü adamdır"

Kanadanın Qubeec Siti bölgəsində baş tutan  "G7" sammitində maraqlı olay baş verib.

 

Lent.az Türkiyə mediasına istinadən xəbər verir ki, zirvə görüşündə ABŞ prezidenti Donald Tramp, Fransa prezidenti Emanuel Makron və Kanadanın baş naziri Castin Trüdo arasında gərginlik pik həddə çatıb.

 

Gərginliyə səbəb  Donald Trampın Avropa İttifaqı və Kanadaya tətbiq etdiyi gömrük vergisi olub. Qərb liderləri Ağ Ev rəhbərini yeni vergilərin azaldılması üçün razı salmağa çalışıb. ABŞ prezidenti isə bu barədə fikrində qəti olduğunu bildirib. Danışıqlar nəticəsiz başa çatıb. Tramp görüşü yarımçıq tərk edib.

 

 

Fransa prezidenti E.Makron isə Trampın gedişinə sərt münasibət sərgiləyib:

 ""G7" toplantısını "G6" toplantısı kimi də keçirə bilərik. Biz buna görə problem yaşamamalıyıq. Heç bir problem yoxdur".

 

Kanadanın baş naziri C.Trüdo isə "biz sülhsevər xalqıq amma heç kəs bizi təhqir edib, alçalda bilməz" ifadəsini işlədib və D.Trampın vergi siyasətinin qəbuledilməz olduğunu qeyd edib.

Tramp isə Kanadanın baş nazirini ikiüzlülükdə ittiham edib:

“Trüdo mən zaldan çıxdıqdan sonra vergi siyasətimiz barədə bir çox qərəzli fikirlər səsləndirib. Amma mənimlə mülayim danışmışdı bu barədə.  Cənab baş nazir çox ikiüzlü adamdır”.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 334

Oxşar yazılar

Bakıda yaşayış binasında yanğın -  YENİLƏNİB

Bakıda yaşayış binasında yanğın - YENİLƏNİB

25 may 2025 , 18:43
Gəncədə 27 yaşlı oğlan bıçaqlandı

Gəncədə 27 yaşlı oğlan bıçaqlandı

25 may 2025 , 14:55
Hacıqabulda FACİƏ:  balıq gölündə boğuldu

Hacıqabulda FACİƏ: balıq gölündə boğuldu

25 may 2025 , 11:15
Bakıda 19 yaşlı qız binadan yıxıldı

Bakıda 19 yaşlı qız binadan yıxıldı

24 may 2025 , 22:35
Bakıda FACİƏ : sürət qatarı piyadanı vurub öldürdü

Bakıda FACİƏ: sürət qatarı piyadanı vurub öldürdü

24 may 2025 , 21:37
Bakıda kişi yaşadığı evdə ölü tapıldı

Bakıda kişi yaşadığı evdə ölü tapıldı

24 may 2025 , 19:44
Sumqayıtda bank kartlarına qənim kəsilən 45 yaşlı qadın  ələ keçirildi

Sumqayıtda bank kartlarına qənim kəsilən 45 yaşlı qadın ələ keçirildi

24 may 2025 , 17:52
Mehdiabadda "Opel"i oğurladılar

Mehdiabadda "Opel"i oğurladılar

24 may 2025 , 16:56