Bakı-Sumqayıt yolunda qəzada ölənlərin sayı 3-ə çatdı - YENİLƏNİB 2
17 sentyabr 2015 11:22 (UTC +04:00)

Bakı-Sumqayıt yolunda qəzada ölənlərin sayı 3-ə çatdı - YENİLƏNİB 2

Bakı-Sumqayıt yolunda baş vermiş ağır yol qəzasında yaralananlardan daha birinin kimliyi məlum olub. 

Sumqayıt şəhər Təcili Yardım Stansiyasından APA-ya verilən məlumata görə, yaralılardan biri Ofeliya Məmmədovadır. 

 

****

Bakı-Sumqayıt yolunda baş vermiş ağır yol qəzasında yaralananlardan daha biri dünyasını dəyişib. 

 

Bu barədə APA-ya Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasından bildirilib. Xəsarət alaraq xəstəxanaya yerləşdirilən şəxslərdən biri orada ölüb. 

 

Xəstəxanadan onu da bildiriblər ki, oraya yerləşdirilən digər yaralıların vəziyyəti orta-ağırdır. 

 

***

 

Sumqayıt şəhər Təcili Yardım Stansiyası Bakı-Sumqayıt yolunda 2 nəfərin ölümünə səbəb olan ağır qəzada yaralanan şəxslərin adını açıqlayıb. Stansiyadan Lent.az-a verilən məlumata görə, yaralılar aşağıdakılardır:

 

1.  Əhmədov Rəşad

2. Cavadov Rövşən

3. Allahverdiyev İbadət

4. Ağakişiyev Baloğlan

5. Paşabəyov Afiq

6. Məmmədova Əsmər

2 qadın və 2 kişinin adları isə naməlumdur. 

 

Stansiyanın reanimasiya şöbəsindən verilən məlumata görə, hazırda qəzada yaralanan 6 nəfər əməliyyatdadır. Onlardan 3 nəfərinin vəziyyəti çox ağırdır. 

 

 

 

***

 

Sumqayıt şəhər Təcili Yardım Stansiyasından Lent.az-a verilən məlumata görə, qəza nəticəsində 2 nəfər ölüb, 10 nəfərə yaxın insan yaralanıb. Yaralılar ağır travmalıdırlar, ayağı kəsilən də var.  

 

***

 

Bakı-Sumqayıt yolunda mikroavtobus qəzaya uğrayıb, ölənlər və yaralananlar var

Bakı-Sumqayıt yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Bakı Şəhər Baş Dövlət Yol Polis İdarəsindən APA-ya verilən məlumata görə, Ceyranbatan su anbarının yaxınlığında “Ford-Tranzit” markalı mikroavtobus yol kənarındakı maneəyə çırpılıb. Hadisə nəticəsində 2 nəfər ölüb, bir neçə nəfər xəsarət alıb.

Ölən və xəsarət alan şəxslərin kimliyi dəqiqləşdirilir.  

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 331

Oxşar yazılar