
Maşın qaçıran yeniyetmə tutuldu
Qaxda həmyerlisinin avtomobilini qaçıran yeniyetmə saxlanılıb.
DİN mətbuat xidmətinin Şəki regional qrupundan Lent.az-a verilən məlumata görə, Qax şəhər sakini İlham Qasımov DİN-in “102” Zəng Mərkəzi xidməti ilə əlaqə saxlayaraq mayın 4-dən 5-nə keçən gecə ona məxsus “ VAZ 2106” markalı avtomobilin evinin qarşısından qaçırılması barədə məlumat verib. Məlumat aidiyyatı üzrə Qax Rayon Polis Şöbəsinə göndərilib.
Daxil olmuş müraciət əsasında keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində İ. Qasımova məxsus avtomobili qaçırmaqda şübhəli bilinən Qax şəhər sakini bir yeniyetmə saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
Oxşar yazılar

Masallıda su anbarında bir nəfər batdı
21 avqust 2025 , 08:28
Balıqçılar uçquna düşdü, biri öldü – “Həmin vaxt kənd silkələndi”-VİDEO
21 avqust 2025 , 03:26Şəmkirdə zəhərlənən 20 nəfərin vəziyyəti məlum oldu-YENİLƏNİB
21 avqust 2025 , 01:41
Tovuzda bir ailənin 5 üzvü dönərdən zəhərləndi: 3-ü azyaşlıdır
20 avqust 2025 , 23:28
Mingəçevirdə iki maşın toqquşdu
20 avqust 2025 , 22:00
Zərdab sakini həmyerlisini bıçaqladı
20 avqust 2025 , 21:29
Cəlilabadda gənc oğlanın meyiti qohumunun evində tapıldı
20 avqust 2025 , 19:23