![[b]Arvadını öldürmək istəyən şəxsə hökm oxundu[/b]](https://lent.az/storage/news/2019/may/06/big/c35b854a0a40ddf23935f030fa46190b.jpg)
[b]Arvadını öldürmək istəyən şəxsə hökm oxundu[/b]
Arvadını öldürməyə cəhddə təqsirləndirilən Rəcəb Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Lent.az-ın xəbərinə görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hakimlər kollegiyasının hökmünə əsasən R Məmmədov 7 il 10 ay müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, hadisə ötən il Bakının Zığ qəsəbəsində baş verib. R.Məmmədov münaqişə zəminində həyat yoldaşı Günel Məmmədovanı bıçaqlayıb.
Ağır vəziyyətdə xəstəxanaya çatdırılan yaralının həyatını xilas etmək mümkün olub. Daha sonra R.Məmmədov həbs edilib.
Oxşar yazılar

Masallıda su anbarında bir nəfər batdı
21 avqust 2025 , 08:28
Balıqçılar uçquna düşdü, biri öldü – “Həmin vaxt kənd silkələndi”-VİDEO
21 avqust 2025 , 03:26Şəmkirdə zəhərlənən 20 nəfərin vəziyyəti məlum oldu-YENİLƏNİB
21 avqust 2025 , 01:41
Tovuzda bir ailənin 5 üzvü dönərdən zəhərləndi: 3-ü azyaşlıdır
20 avqust 2025 , 23:28
Mingəçevirdə iki maşın toqquşdu
20 avqust 2025 , 22:00
Zərdab sakini həmyerlisini bıçaqladı
20 avqust 2025 , 21:29
Cəlilabadda gənc oğlanın meyiti qohumunun evində tapıldı
20 avqust 2025 , 19:23