«Topaz»dan 2 min manat oğurlayan tutuldu
19 noyabr 2013 11:28 (UTC +04:00)

«Topaz»dan 2 min manat oğurlayan tutuldu

Bakıda oğurluq etdiyinə görə axtarışda olan şəxs tutulub. Bakı şəhər Baş Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, oktyabrın 23-nə keçən gecə İstiqlaliyyət küçəsində yerləşən, Rəvan Əmirova məxsus «Topaz» idman mərc oyunları məntəqəsindən açıq qapıdan keçməklə 2000 manat oğurlanıb. Səbail RPİ 9-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakini Əli Qurbanov tutulub.

 

Araşdırmalar davam etdirilir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 847

Oxşar yazılar