Körpüdə sərnişin avtobusu aşıb: xəsarət alanlar var - YENİLƏNİB
19 iyul 2013 22:26 (UTC +04:00)

Körpüdə sərnişin avtobusu aşıb: xəsarət alanlar var - YENİLƏNİB

 

 Bakının Nizami rayonu ərazisində, metronun “Koroğlu” stansiyası yaxınlığındakı asma körpüdə “90 BV 139” dövlət nömrə nişanlı "İVECO" markalı avtobus aşıb.

 

Nizami rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, qəza zamanı daha dörd nəfər xəsarət alıb. Onlar 3 saylı şəhər xəstəxanasına aparılıblar. Qəza zamanı xəsarət alanlar bunlardır: 1981-ci il təvəllüdlü Osmanov Feruz Emin oğlu, 1956-cı il təvəllüdlü Ələsgərov Əsəd Tapdıq oğlu, 1975-ci il təvəllüdlü Fərzəliyeva Ürfanə Çingiz qızı və onun 13 yaşlı oğlu Fərzəliyev Məhəmmədəli İlqar oğlu.

***

22.06

Bakının Nizami rayonu ərazisində, metronun “Koroğlu” stansiyası yaxınlığındakı asma körpüdə “90 BV 139” dövlət nömrə nişanlı "İVECO" markalı avtobus aşıb.


 

Nizami Rayon Polis İdarəsindən APA-ya verilən xəbərə görə, hadisə nəticəsində Ruslan adlı sürücü xәsarәt alıb. O “təcili yardım” maşını ilə xəstəxanaya aparılıb.  

 

Məlumata görə, avtobusda sәrnişin olmayıb.  Qəza texniki nasazlığı olan nəqliyyat vasitəsi tәmirә aparılarkən baş verib.

 

Faktla bağlı araşdırma aparılır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1406

Oxşar yazılar