
Bakıda qatarın vurduğu azyaşlı uşaqla bağlı RƏSMİ AÇIQLAMA
Ötən gün saat 18:10-da radələrində 6704 saylı Bakı-Şirvan marşrutu ilə hərəkət edən elektrik qatarı Səngəçal stansiyasında birinci yola daxil olarkən, 12-13 yaşlarında
olan Tərlan Cavanşir oğlu Bayramov, ehtiyatsızlıq edərək qonşu yolda dayanan yük vaqonlarının altından keçərək, qəfil qatarın qabağına çıxıb.
“Azərbaycan Dəmir Yolları” QSC-dən Lent.az-a verilən məlumata görə, Lokomotiv briqadası dərhal qatarın dayanması üçün tormozlama aparsa da, uşaq qatarın ön hissəsinə toxunub və nəticədə müxtəlif dərəcəli bədən xəsarəti alıb.
Hadisə yerinə dərhal təcili tibbi briqadası çağrılıb. İlkin yardım göstəriləndən sonra uşaq 1 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. İlkin məlumata görə, hazırda uşağın vəziyyəti kafidir və həkim nəzarətindədir.
Hadisə ilə bağlı hüquq-mühafizə orqanlarının və “Azərbaycan Dəmir Yolları”nın əməkdaşları tərəfindən araşdırma aparılır.
05 avqust, saat 18:57
Bakıda 8 yaşlı uşağı qatar vurub.
Lent.az məlumat verir ki, hadisə Qaradağ rayonunun Səngəçal qəsəbəsində qeydə alınıb.
Bu barədə Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, hadisə ilə bağlı saat 18:13-də çağırış gəlib. Qapalı kəllə-beyin travması alan 8 yaşlı uşaq Kliniki Tibbi Mərkəzə çatdırılıb.
Oxşar yazılar

Bakıda məşhur şadlıq evinin fəaliyyəti dayandırıldı - VİDEO
26 fevral 2025 , 13:49
Əziz Orucova hökm oxundu - YENİLƏNİB
26 fevral 2025 , 13:39
Şahnaz Bəylərqızı AZADLIQDA
26 fevral 2025 , 13:03
Raqif Abbasovun məhkəməsində nazirliyin vəsatəti təmin edilmədi
26 fevral 2025 , 12:58
Ağdamda kişi yıxılıb öldü
26 fevral 2025 , 12:44
Bakıda maşından 30 minə yaxın pul oğurlandı
26 fevral 2025 , 12:02
Azərbaycanda ov edən ərəblər saxlanıldı
26 fevral 2025 , 11:34