46 yaşlı qadını maşınla vurub öldürdülər
01 mart 2013 12:36 (UTC +04:00)

46 yaşlı qadını maşınla vurub öldürdülər

 

Fevralın 28-də Gəncə şəhərində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Lent.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, saat 00.50 radələrində Gəncə şəhəri ərazisində, müəyyən edilməmiş avtomaşınla şəhər sakini 46 yaşlı Nüşabə Məlikova vurulub. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.

 

Görülmüş tədbirlər nəticəsində, hadisənin "VAZ-21074" markalı avtomaşının sürücüsü şəhər sakini Sadiq Məhərrəmov tərəfindən törədilməsi müəyyən edilib. Fakt üzrə araşdırmalar davam etdirilir.

# 900
avatar

Oxşar yazılar