Xaricə işçi daşıyan şirkətlərə CİNAYƏT İŞİ AÇILDI
16 sentyabr 2024 17:11 (UTC +04:00)

Xaricə işçi daşıyan şirkətlərə CİNAYƏT İŞİ AÇILDI

“Tempo Trips” və “365 Tourism" Məhdud Məsuliyyətli Cəmiyyətinin vəzifəli şəxslərinin qanunsuz əməlləri barədə daxil olmuş çoxsaylı vətəndaş müraciətləri əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılıb. 

Baş Prokurorluğun mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, araşdırma zamanı həmin şirkətlərin vəzifəli şəxslərinin qabaqcadan əlbir olub vəzifə səlahiyyətlərindən sui-istifadə edərək xarici ölkələrdə işlə təmin edilmək məqsədilə onlara müraciət etmiş çoxsaylı vətəndaşlara yalan vədlərin verilməsi yolu ilə sonuncuların külli miqdarda  pul vəsaitini qanunsuz olaraq ələ keçirmələrinə əsaslı şübhələr müəyyən edilib.

Fakta görə Baş İdarədə Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət işi başlanmaqla ibtidai istintaq aparılır.

Qeyd edilən şəxslərin qanunazidd əməllərinə məruz qalmış vətəndaşlardan Baş Prokurorluğun “961” Çağrı mərkəzinə, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin “161-Qaynar xətt” əlaqə mərkəzinə, eləcə də sosial şəbəkələrdəki səhifələrinə müraciət etmələri xahiş olunur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2242

Oxşar yazılar

İsmayıllıda avtomobil qəzası - bir nəfər ölüb...

İsmayıllıda avtomobil qəzası - bir nəfər ölüb...

1 aprel 2025 , 13:08
Gənc Qazilər Birliyinin sədri Hacı Vəliyev saxlanıldı

Gənc Qazilər Birliyinin sədri Hacı Vəliyev saxlanıldı

1 aprel 2025 , 11:48
Mingəçevirdə evdən qadın meyiti   tapıldı

Mingəçevirdə evdən qadın meyiti tapıldı

1 aprel 2025 , 11:38
Bakıda 27 yaşlı oğlan  özünü öldürdü

Bakıda 27 yaşlı oğlan özünü öldürdü

1 aprel 2025 , 10:59
Sumqayıt-Bakı qatarı adam vurdu

Sumqayıt-Bakı qatarı adam vurdu

1 aprel 2025 , 10:50
Şəmkirdə su kanalından  meyit tapıldı

Şəmkirdə su kanalından meyit tapıldı

1 aprel 2025 , 10:33
Şirvanda qəbiristanlıqdan  oğurluq edənlər saxlanıldı

Şirvanda qəbiristanlıqdan oğurluq edənlər saxlanıldı

1 aprel 2025 , 10:32
Bayram günlərində 501 yanğın oldu  -VİDEO

Bayram günlərində 501 yanğın oldu -VİDEO

1 aprel 2025 , 09:54