Xaricdən gətirilən külli miqdarda dərman ölkəyə buraxılmadı
08 yanvar 2021 10:14 (UTC +04:00)

Xaricdən gətirilən külli miqdarda dərman ölkəyə buraxılmadı

"Qırmız Körpü" gömrük postunda Dövlət Sərhəd Xidmətinin və Dövlət Gömrük Komitəsinin əməkdaşları birgə əməliyyat keçiriblər.

DGK-nın mətbuat xidmətindən Lent.az-a verilən xəbərə görə, nəticədə Gürcüstandan gələn Azərbaycan vətəndaşının idarə etdiyi "DAF" markalı yük avtomobili saxlanılıb və sürücü şifahi sorğu-sual olunub.

Sürücü nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və qanunla qadağan olunan hər hansı predmetin olmadığını bildirib.

Baxış zamanı nəqliyyat vasitəsinin salonunun yuxarı hissəsində olan boşluqlarda və yataq yerində söykənəcəyin arxasında gizlədilən 19 adda 313 qutu dərman preparatları aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1077
avatar

Mehman Nəbiyev

Oxşar yazılar