Xankəndi şəhərinə DYP rəisi təyin olundu
30 mart 2024 16:38 (UTC +04:00)

Xankəndi şəhərinə DYP rəisi təyin olundu

Xankəndi şəhər polis şöbəsinin Dövlət Yol polisi bölməsinə yeni rəis təyin edilib.

Lent.az APA-ya istinadla xəbər verir ki, bununla bağlı daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Göygöl Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin rəisi, polis mayoru Azər Ələkbərov tutduğu vəzifədən azad olunaraq Xankəndi Şəhər Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinə rəis təyin olunub.

# 2229
avatar

Oxşar yazılar