Uşağın ölü doğulmasına səbəb olan həkim hakim qarşısına çıxarılır
06 yanvar 2021 15:35 (UTC +04:00)

Uşağın ölü doğulmasına səbəb olan həkim hakim qarşısına çıxarılır

Bu ilin may ayında Bərdə Doğum Evində Mustafayeva Rufanə Elçin qızının bətnində olan dölün ölü doğulması faktı ilə bağlı başlanan cinayət işinin ibtidai istintaq başa çatıb.

Bərdə rayon Prokurorluğundan Lent.az-a verilən məlumata görə, cinayət işi baxılması üçün Bərdə rayon Məhkəməsinə göndərilib.

Xatırladaq ki, faktla bağlı Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda)  maddəsi ilə rayon prokurorluğunda cinayət işi başlanaraq istintaq aparılıb.

İstintaqla Bərdə Doğum evinin həkim mama-ginekoloqu Allahverdiyeva Tahirə Ənvər qızının Səhiyyə Nazirliyinin “Qeysəriyyə kəsiyi əməliyyatı üzrə” Klinik protokoluna əsasən üzərinə düşən xidməti vəzifələrini lazımi qaydada yerinə yetirməyərək, hamilə qadın kimi qeydiyyata götürdüyü Bərdə rayonu, Qaradırnaq kənd sakini Rufanə Mustafayevanın hamiləliyini təxirəsalınmaz qaydada operativ yolla yekunlaşdırmaması nəticəsində Rufanə Mustafayevanın ölü uşaq dünyaya gətirməsi ilə ağır nəticələrə səbəb olan səhlənkarlıq etməsinə əsaslı şübhələr müəyyən edilib.

Toplanmış sübutlara əsasən, Tahirə Allahverdiyeva Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona ittiham elan edilərək, barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4905
avatar

Mehman Nəbiyev

Oxşar yazılar