Orxan İbrahimov
29 noyabr 2021 09:36 (UTC +04:00)

Orxan İbrahimov

Ukraynaya gedən azərbaycanlıdan 10 gündür xəbər yoxdur - FOTO

Ukraynaya getdiyini deyən azərbaycanlı itkin düşüb.

Lent.az xəbər verir ki, bu barədə onun yaxınları sosial şəbəkədə məlumat yayıblar. Məlumata görə, 29 yaşlı İbrahimov Orxan Mehman oğlu noyabrın 20-də zəng edərək Kiyevə getdiyini və yolda olduğunu deyib. Daha sonra isə onda bir xəbər alan olmayıb. Həmçinin O. İbrahimovun sosial şəbəkələrdə də offlayn olduğu bildirilir.

Məsələ barədə hüquq-mühafizə orqanlarına müraciət olunacağı qeyd olunub.

Orxan İbrahimov

# 29859
avatar

Mehman Nəbiyev

Oxşar yazılar