Ucarda 16 yaşlı qız qaçırıldı
07 sentyabr 2024 17:23 (UTC +04:00)

Ucarda 16 yaşlı qız qaçırıldı

Ucarda 16 yaşlı qız qaçırılıb.

Lent.az xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat yayılıb.

Məlumata görə, hadisə rayonun Bərgüşad kəndində baş verib. Qızın 17 yaşlı yeniyetmə tərəfindən qaçırıldığı bildirilir.

DİN-in mətbuat xidmətinin Şirvan regional qrupundan Lent.az-a verilən məlumata görə, faktla bağlı Ucar rayon Polis Şöbəsinin Təhqiqat Bölməsində müvafiq araşdırmalar aparılır. Araşdırmaların nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 651
avatar

Oxşar yazılar