Toya getdiyi üçün məhkəməyə verildi, 111 nəfər...
12 oktyabr 2021 10:18 (UTC +04:00)

Toya getdiyi üçün məhkəməyə verildi, 111 nəfər...

Oktyabrın 11-də Daxili İşlər Nazirliyi, Qida Təhlükəsizliyi Agentliyi və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və  bölgələrdə ümumilikdə 63 toy məclisində yoxlama aparıb.

Daxili İşlər Nazirliyi mətbuat xidmətindən Lent.az-a verilən xəbərə görə, monitorinq 57 şadlıq sarayı və 6 həyətyanı sahədə keçirilən toy məclislərini əhatə edib. Yoxlamalar nəticəsində xüsusi karantin rejimi qaydalarını pozduqları üçün 7 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub.

Bir nəfər barəsində materiallar baxılması üçün məhkəməyə göndərilib.

111 nəfər isə COVID-19 pasportu olmadığı üçün toya buraxılmayıb.

# 1479
avatar

Mehman Nəbiyev

Oxşar yazılar