Tövlədə camış sağan qadının meyiti tapıldı - AZƏRBAYCANDA
23 aprel 2022 19:50 (UTC +04:00)

Tövlədə camış sağan qadının meyiti tapıldı - AZƏRBAYCANDA

Salyanda 61 yaşlı qadın müəmmalı şəkildə ölüb.

Lent.az xəbər verir ki, hadisə bu gün səhər saat 6 radələrində rayonun Dayıkənd kəndində qeydə alınıb.

Məlumata görə, 61 yaşlı ev sahibəsi Nəzərova Göyçə Abasqulu qızı tövləyə camışları sağmağa gedib. G.Nəzərovanın uzun müddət geri qayıtmadığını görən yaxınları tövlədə onun meyitini aşkarlayıblar.

Yaşlı qadına camışın xəsarət yetirməsi  və ya beyninə qan sızdığı ehtimal edilir.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3999
avatar

Mehman Nəbiyev

Oxşar yazılar