TikTok-da fala baxanlar TUTULDU
11 aprel 2025 11:15 (UTC +04:00)

TikTok-da fala baxanlar TUTULDU

Sosial şəbəkələrdə “falçılıq”, “baxıcılıq” və digər adlar altında paylaşımlarla vətəndaşların aldadılaraq pul vəsaitlərinin mənimsənilməsi ilə bağlı polis orqanlarına daxil olan müraciətlər diqqət mərkəzində saxlanılmaqla araşdırılır.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, paytaxt sakini olan bir kişi fala baxdırmaq üçün “TikTok” sosial şəbəkəsində bu barədə elan yerləşdirən səhifələrdən birinə müraciət edib. Ardınca həmin səhifədən ona cavab yazılaraq əlaqə nömrəsi istənilib. İki qadın onunla danışaraq yalan vəd verməklə 500 manat pul istəyiblər. Qarşı tərəfin istədiyi məbləği kart hesabına köçürdükdən sonra isə həmin nömrəyə zəng çatmayıb və səhifə bloklanıb. Zərərçəkən şəxs dələduzluqla üzləşdiyini anlayandan sonra polisə müraciət edib.

Suraxanı RPİ-nin 32-ci Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində fala baxmaq adı altında dələduzluq edən 46 yaşlı G.Mirzəyeva və  24 yaşlı Ə.Abbasova saxlanılıblar. Araşdırma aparılır.

Sosial şəbəkə istifadəçilərinə müraciət edərək bir daha bildiririk ki, bu tipli elanlarla rastlaşan zaman heç bir halda ödəniş etməsinlər və şəxsi məlumatlarını tanımadıqları şəxslərlə paylaşmasınlar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1202

Oxşar yazılar

Ağsuda 27 yaşlı qadın dərmandan zəhərləndi

Ağsuda 27 yaşlı qadın dərmandan zəhərləndi

13 aprel 2025 , 20:34
Ağdamda AĞIR QƏZA:  yaralılar var -FOTOLENT

Ağdamda AĞIR QƏZA: yaralılar var -FOTOLENT

13 aprel 2025 , 18:10
Qəbələdə 53 yaşlı qadın qazdan zəhərlənib öldü

Qəbələdə 53 yaşlı qadın qazdan zəhərlənib öldü

13 aprel 2025 , 17:25
Ağdamda azyaşlını it dişlədi

Ağdamda azyaşlını it dişlədi

13 aprel 2025 , 15:33
Bakıda maşın yolda qaldı, tıxac yaratdı -FOTOLENT

Bakıda maşın yolda qaldı, tıxac yaratdı -FOTOLENT

13 aprel 2025 , 15:00
Bakıda kafe yandı

Bakıda kafe yandı

13 aprel 2025 , 14:36
Ucarda zəncirvari qəza:  xəsarət alanlar var -FOTOLENT

Ucarda zəncirvari qəza: xəsarət alanlar var -FOTOLENT

13 aprel 2025 , 14:30
Bakıda evdə yanğın:  1 nəfər xəsarət alıb

Bakıda evdə yanğın: 1 nəfər xəsarət alıb

13 aprel 2025 , 14:20